Sabiq "Real Madrid"li 3-cü dəfə ata oldu
Sabiq "Real Madrid"li Məsut Özil üçüncü dəfə ata olub.
90plus.az xəbər verir ki, Məsut Özil və həyat yoldaşı Amine Gülşe yenidən valideyn olma sevincini yaşayıblar. Cütlüyün daha əvvəl 2020 və 2022-ci illərdə dünyaya gələn Eda və Ela adlı iki qız övladı var idi.
Sevindirici xəbəri sosial media hesablarından paylaşan cütlük üçüncü övladlarına Elisa adını verdiklərini açıqlayıb.
Paylaşımda, “Allaha şükürlər olsun, gözəl qızımız Elisa sağ-salamat dünyaya gəldi” sözləri yer alıb.
Məsut Özil futbol karyerasını "Başakşehir" klubunda başa vurduqdan sonra daha çox ailəsi ilə vaxt keçirməyə üstünlük verir. Futbolçu bundan əvvəl "Fənərbağça", "Arsenal", "Real Madrid", "Verder" və "Şalke"də də forma geyinib.
© Copyright 2026, All Rights Reserved