Sabiq "Roma"lı "Cenoa"nın baş məşqçisi oldu
İtaliyanın “Cenoa” klubunda yeni baş məşqçinin adı demək olar ki, müəyyənləşib.
90plus.az xəbər verir ki, A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılığa gəlib. Bu barədə məlumatı “La Gazzetta dello Sport” nəşri yayıb.
48 yaşlı mütəxəssis “Boka Xuniors” və “River Pleyt” arasında keçiriləcək qarşılaşmanı izləmək üçün planlaşdırdığı Argentinaya səfərini təxirə salıb. Onun təyinatının yaxın vaxtlarda rəsmi şəkildə elan olunacağı gözlənilir.
Xatırlatma: “Cenoa” qısa müddət əvvəl Patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son çalışdırdığı komanda isə “Roma” olub.
© Copyright 2025, All Rights Reserved