Sabiq "Xəzər Lənkəran"lı ağır xəstədir - Vəziyyət kritikdir
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Benjamin Toşak ağır xəstəliyə tutulub.
90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə əfsanəvi uelsli mütəxəssisin oğlu Kamerun Toşak məlumat verib.
O bildirib ki, 77 yaşlı məşqçiyə demensiya diaqnozu qoyulub. Hazırda Tailandda məşqçi kimi fəaliyyət göstərən Kamerun Toşak atasının tez-tez yaddaşını itirdiyini bildirib:
“Bu, dəhşətli xəstəlikdir. Əsasən qısamüddətli yaddaşa təsir edir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər. Yalnız "Liverpul"dakı günləri, "Real Sosyedad" və ya "Real"la bağlı xatirələrini soruşanda hiss edirəm ki, detalları heyrətamiz dərəcədə dəqiq yadında saxlayıb”.
Con Benjamin Toşak futbolçu kimi "Liverpul"da 100-dən çox oyun keçirib, Uels millisində isə 40 matçda iştirak edib. Məşqçi karyerası ərzində "Sportinq", "Real Sosyedad", "Real", "Deportivo", "Beşiktaş" kimi klublarda, həmçinin Uels və Şimali Makedoniya yığmalarında çalışıb.
Onun son klubu İranda "Traktor" olub. Toşak 2013-cü ildə Azərbaycanda "Xəzər Lənkəran"a rəhbərlik edib və komandaya Azərbaycan Superkubokunu qazandırıb.
© Copyright 2026, All Rights Reserved