Sadıq Sadıqov dünyadan köçdü
Azərbaycan futbolunun tanınmış simalarından biri, “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.
90plus.az xəbər verir ki, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması nəticəsində dünyasını dəyişib. Onun vəfat xəbəri futbol ictimaiyyətində dərin hüznlə qarşılanıb.
Sadıq Sadıqov 2009-2015-ci illərdə “Neftçi”yə rəhbərlik edib. Məhz onun prezidentliyi dönəmində paytaxt təmsilçisi ölkə futbolunun ən uğurlu dövrlərindən birini yaşayıb. “Ağ-qaralar” həmin illərdə üç dəfə Azərbaycan çempionu adına sahib çıxıb, iki dəfə isə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Sadıqovun rəhbərliyi altında “Neftçi” Azərbaycan futbolunda mühüm iz qoyaraq həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenada diqqət çəkən nəticələr əldə etmişdi.
© Copyright 2026, All Rights Reserved