Şahmatçı rəqibini qeyri-adi üsulla zəhərlədi

Dağıstanın paytaxtı Mahaçqalada baş tutan şahmat turnirində şahmatçı rəqibinin taxtasına civə sürtərək onu yarışdan kənarlaşdırmağa cəhd edib.
90plus.az xəbər verir ki, şahmatın blits növü üzrə son çempionu Amina Abakarova əsas rəqibi Umayqat Osmanovaya qarşı bu hərəkəti edib.
Oyunlar başlamazdan qısa müddət əvvəl Amina Abakarova rəqibinin masasına yaxınlaşır və lövhəyə nəsə (sonradan bunun civə olduğu ortaya çıxır) tökür.
Umayqatın vəziyyəti pisləşib, güclü başgicəllənmə və ürəkbulanma əlamətləri müşahidə olunub, təcili yardım çağırmaq lazım gəlib.
Videolink: https://t.me/doxsanplus/86936
Qızlar arasında uzun müddətlik münaqişə var imiş. Dindirilmə zamanı Abakarova etiraf edib ki, Osmanovaya qarşı şəxsi antipatiyası ilə impulsiv şəkildə hərəkət edib. Onun sözlərinə görə, rəqibi guya Abakarova və onun qohumları haqqında xoşagəlməz şayiələr yayaraq nüfuzuna xələl gətirib.
"Mən sadəcə onu qorxutmaq istəyirdim, real zərər vurmaq yox", - deyə Abakarova bildirib.
Aminaya qarşı hazırda orta ağırlıqda zərər yetirməyə görə cinayət işi açılması məsələsinə baxılır.
Qeyd: Amina Abakarova keçən il Şimali Qafqaz Federal Dairəsi Çempionatında 30 iştirakçı arasında qalib gələrək çempion olmuşdu. Umayqat Osmanova isə şahmat məktəbinə sahibdir.
Mənbə: Chess
© Copyright 2025, All Rights Reserved