Salah İngiltərədə mövsümün nömrə 1-dir!

"Liverpul"un misirli ulduzu Mohamed Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçildi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsüm başa çatmaq üzrədir və fərdi mükafatlar da açıqlanmağa başlayıb. "Liverpul" klubunun misirli hücumçusu Mohamed Salah 2024/25 mövsümündə "İlin ən yaxşı oyunçusu" adına layiq görülüb.
Komandanın çempionluğunda əsas rol oynayan 32 yaşlı futbolçu Premyer Liqada bu mövsüm keçirdiyi 37 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilərlə Salah həm də bombardirlər siyahısına başçılıq edir.
"İlin oyunçusu" mükafatını Salah daha əvvəl 2018 və 2022-ci illərdə də qazanmışdı. Bu, onun Premyer Liqada üçüncü belə uğurudur.
Misirli ulduz artıq "Liverpul" forması ilə səkkizinci mövsümünü başa vurub.
Qeyd: Premyer Liqada mövsümün son turu sabah keçiriləcək qarşılaşmalarla yekunlaşacaq.
© Copyright 2025, All Rights Reserved