Salah “Liverpul”da qalacaq!
"Liverpul"un hücumçusu Mohamed Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq. 90plus.az xarici mətbuata istinadən xəbər verir ki, misirli futbolçu “mersisaydlılar”la yeni müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb. Xatırlatma : Mohamed Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur. Hazırda "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir.