Salah “Liverpul” haqda: “Klub mənim hər şeyimdir”
Mohamed Salah “Liverpul”a emosional vida etdi!
90plus.az xəbər verir ki, Mohamed Salah İngiltərənin “Liverpul” klubuna emosional şəkildə vida edib. Klubun rəsmi YouTube kanalında yayımlanan “Farewell to the King” adlı videoda misirli hücumçu azarkeşlərə səmimi mesajlar ünvanlayıb.
"Liverpul"un aparıcı ulduzu çıxışında klubun onun həyatındakı yerini xüsusi vurğulayıb:
“Klub mənim üçün hər şey deməkdir. İnsanlar hər şey deməkdir. Şəhər mənim üçün hər şey deməkdir.”
Salah əlavə edib ki, “Liverpul”a olan sevgisi ömürlük davam edəcək:
“Bu klubu hər zaman sevəcəyəm, hər zaman dəstəkləyəcəyəm. Uşaqlarım da həmişə onu dəstəkləyəcək.”
Futbolçu həmçinin ailəsinin də “Liverpul”a bağlılığını qeyd edərək maraqlı bir epizodu bölüşüb. O bildirib ki, övladlarına klubdan ayrılacaqlarını dedikdə belə, uşaqlar yenə də “Liverpulu dəstəkləməyə davam edəcəyik” cavabını veriblər və başqa klubun dəstəklənməsini qəbul etməyiblər.
Bu açıqlama Mohamed Salahın “Liverpul”dakı uzun və uğurlu dövrünün emosional sonluğa yaxınlaşdığı kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved