Salah profilindən “Liverpul” formalı fotonu götürdü
Mohamed Salah “Liverpul” formalı profil şəklini dəyişdi.
90plus.az xəbər verir ki, “Liverpul”un ulduz hücumçusu Mohamed Salah son vaxtlardakı zəif çıxışına görə tənqid olunur. Misirli futbolçu bu tənqidlərin fonunda sosial şəbəkədə diqqətçəkən addım atıb.
Belə ki, Salah “X” hesabında “Liverpul” formalı profil və üz qabığı fotosunu dəyişib. Bu addım azarkeşlər arasında müxtəlif müzakirələrə səbəb olub — bəziləri bunu futbolçunun komandadan ayrılmaq istəyi ilə əlaqələndirir.
Qeyd: Mohamed Salah cari mövsümdə “Liverpul”un heyətində 12 oyunda 3 qol və 3 asist müəllifidir.
© Copyright 2026, All Rights Reserved