"Şamaxı" Dioqonu transfer etdi

90plus.az xəbər verir ki, yeni mövsüm üçün heyətini yenidən qurmağa çalışan "Şamaxı" transfer çalışmalarını davam etdirir. Bölgə klubu Portuqaliya vətəndaşı olan yarımmüdafiəçi Dioqo Balau ilə razılıq əldə edib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd: Balau son olaraq Portuqaliya təmsilçilərindən "Uniao Santarem"in formasını geyinib.
© Copyright 2025, All Rights Reserved