"Şamaxı" "Sabah"dan müdafiəçi aldı
“Şamaxı” qış transfer dövründə növbəti transferini həyata keçirib.
90plus.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə şərti ilə heyətinə əlavə edib. Klubun mətbuat xidməti bu barədə açıqlama yayıb.
24 yaşlı sağ cinah müdafiəçisi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.
Qeyd: Abdulla Rzayev mövsümün ilk yarısında icarə əsasında “Turan Tovuz”un formasını geyinib.
© Copyright 2026, All Rights Reserved