"Şamaxı"nın 3 futbolçusu milliyə dəvət aldı

Ayxan Abbasov "Şamaxı"dan 3 futbolçunu U-21 millimizə dəvət etdi.
90plus.az xəbər verir ki, “Şamaxı”nın 3 futbolçusu - Edqar Adilxanov, Rüfət Abbasov və Fəxri Məmmədli 18-26 mart tarixlərində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə dəvət alıb.
Qeyd: Millimiz 22 və 25 mart tarixlərində müvafiq olaraq Moldova və Şimali Makedoniyadan olan həmyaşıdları ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
© Copyright 2025, All Rights Reserved