"Şamaxı"nın hücumçusu İsveçrə millisinə çağrıla bilər
"Şamaxı"da forma geyinən Karim Rossi İsveçrə millisinə dəvət ala bilər.
90plus.az xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "Futbolumuz" verlişində jurnalist Ceyhun Rzayev məlumat verib. O, İsveçrə millisinin rəhbərliyinin Rossi ilə əlaqəyə keçdiyini, ona "Səni izləmədəyik. Əla gedirsən, belə davam et", deyə bildirdiyini qeyd edib.
Qeyd: Karim Rossi bu mövsümün əvvəlində "Şamaxı"ya transfer olunub. O, bu mövsüm "Şamaxı"nın heyətində 9 qol vurub.
© Copyright 2026, All Rights Reserved