Samir Əliyev: "Qrupda 6-7 xal yığmaqla heç nə dəyişmir"

Samir Əliyev qrupda zəif çıxışımızla bağlı sualları cavablandırıb.
90plus.az xəbər verir ki, U-21 millimiz qrupda yalnız 3 xal toplaya bildi. Bu mövzuya elə millimizin məşqçisi Samir Əliyev aydınlıq gətirib:
"İspan, portuqal və ya azərbaycanlı məşqçi olsun, kim baş məşqçi postuna təyin olunacaqsa, böyük ölçüdə heç nəyi dəyişə bilməyəcək. Çünki 10 komandalı Azərbaycan Premyer Liqasında oynayırsan, heyətində 21 yaşadək bir futbolçu yoxdur. Nəyi dəyişəcəksən? Bəlkə püşkatmada bəxtin gətirə, zəif rəqib düşə, ya da hansısa oyunda 6-7 xal qazanarsan. Amma bununla yalnız özümüzü aldadırıq. Bu günə kimi 6-7 xal yığdığımız seçmə mərhələlər olub. Nə dəyişib?".
Mənbə: Bizim Futbol
© Copyright 2025, All Rights Reserved