“Sanderlend” yay bazarının kralıdır!

“Sanderlend”dən möhtəşəm transfer atəşi – 140 milyon avrodan çox xərclənib.
90plus.az xəbər verir ki, İngiltərənin köklü klublarından olan “Sanderlend” 2025-ci ilin yay transfer dönəmində Premyer Liqaya qayıdışını böyük iddialarla qeyd edib. Klub bu yay 140 milyon avrodan çox vəsait xərcləyərək ciddi güclənməyə nail olub.
Komandaya bir-birindən maraqlı adlar cəlb olunub:
Ən diqqətçəkən transferlərdən biri təcrübəli yarımmüdafiəçi Qranit Cakadır. O, liderlik bacarığı və təcrübəsi ilə “Sanderlend”in meydandakı oyununa ciddi təsir göstərə bilər. Gənc və potensiallı adların bolluğu isə klubun həm bu günə, həm də gələcəyə hesablanmış planlamadan çıxdığını göstərir.
Klubun rəhbərliyi Premyer Liqada yalnız qalmaqla kifayətlənmək niyyətində deyil – “Sanderlend” artıq ilk gündən yüksək yerlər uğrunda mübarizəyə hazır olduğunu sübut edir.
© Copyright 2025, All Rights Reserved