Sandro Tonali “Mançester Yunayted”in hədəfində
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali “Mançester Yunayted”in maraq dairəsinə daxil olub.
90plus.az xəbər verir ki, İngiltərə klubu yay transfer pəncərəsində 25 yaşlı italiyalı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Qeyd: Tonalinin “sağsağanlar”la müqaviləsi hələ 3 il davam edəcək. Bu mövsüm o, “Nyukasl”da 46 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved