"Sans" "İndiana Peysers"i 35 xalla uddu
90plus.az xəbər verir ki, Amerika Basketbol Liqasında (NBA) “Feniks Sans” öz meydanında “İndiana Peysers”i 133–98 hesabı ilə məğlub edərək qalibiyyət seriyasını 5 oyuna yüksəldib.
Mortgage Matchup Centerdə keçirilən qarşılaşmada “Sans”ın liderləri Devin Bukker və Dilon Bruks parlaq oyun nümayiş etdiriblər. Bukker 33 xal, 7 assist və 5 ribaund, Bruks isə 32 xal ilə komandasının qələbəsində əsas pay sahibi olublar.
“Peysers”də Endryu Nembhard 21 xal, 8 assist, Paskal Siiakam isə 19 xal ilə yadda qalıb.
Səfərdə “Yuta Cazz”ı 132–122 hesabı ilə məğlub edən “Atlanta Hoks” ardıcıl 4-cü qələbəsini əldə edib.
“Hoks”un gənc ulduzu Ceylen Conson 31 xal, 18 ribaund və 14 assistlə “tripl-dabl” performansı göstərərək komandasını çiyinlərində daşıyıb. Onyekə Okonqvu isə 32 xal və 11 ribaundla qələbəyə mühüm töhfə verib.
“Cazz”da Lauri Markkanenin 40 xal, 7 ribaundluq oyunu məğlubiyyətin qarşısını ala bilməyib.
© Copyright 2025, All Rights Reserved