Santuş bu heyətə dəvət göndərib

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Estoniya və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti bəlli olub.
90plus.az Fernandu Santuşun Estoniya və İsveç milliləri ilə oyunda güvənəcəyi heyət açıqlanıb.
Qapıçılar: Nicat Mühbalıyev ("Sabah"), Rza Cəfərov ("Neftçi"), Aydın Bayramov ("Zirə")
Müdafiəçilər: Bəhlul Mustafazadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Rahil Məmmədov ("Radomiak Radom", Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Anton Krivotsyuk ("Daejeon Hana Siti", Cənubi Koreya)
Yarımmüdafiəçilər: Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Elvin Camalov ("Sabah"), Aleksey İsayev, Toral Bayramov (ikisi də "Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Səbuhi Abdullazadə ("Sumqaylt"), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") Ceyhun Nuriyev ("Zirə"), Emin Mahmudov ("Neftçi")
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Rüstəm Əhmədzadə ("Zirə"), Ramil Şeydayev ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə ("Qarabağ")
Qeyd: Millimiz 16 noyabrda Qəbələdə Estoniyanı qəbul edəcək, ardınca 19-da İsveçə yollanacaq.
© Copyright 2025, All Rights Reserved