Santuş legioner limitinin ləğvindən danışdı

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş millinin heyəti ilə bağlı təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis əvvəlcə heyət seçimindən danışıb.
Santuş yığmaya ilk dəfə 1-ci liqadan futbolçu dəvət etməsilə bağlı: ("Qəbələ", Şahin Şahniyarov)
"Onda çoxlu keyfiyyətlər gördüm. Mən və mənim koməkçilərim tez-tez aşağı liqalardakı oyunları izləyirik. Orada bir çox oyunçular diqqətimizi cəlb edir. U-17 Liqasını və əvəzedicilər Liqasını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməlidirlər. Yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Özlərini göstərəndə milliyə dəvət alacaqlar".
"Neftçi"nin futbolçusu Emin Mahmudovun və "Qarabağ"ın oyunçusu Abbas Hüseynovun zədəli olduqları üçün yığmaya çağırılmadıqlarını deyib.
Misli Premyer Liqasında legioner limitinin ləğvinə münasibət: "Gözləmək lazımdır ki, bunun nə qədər faydalı olacağını görə bilək. Təkcə legioner limiti ləğv olunmayıb. Komanda sayı da artırılıb. Nəticəni qarşıdakı aylarda görəcəyik".
Futblçuların oyun günlərində oruc tutmaqlarına icazə verib-verməyəcəyi haqda: "Əlbəttə. Mən buna hörmətlə yanaşıram. Məşq saatlarını da mövcud vəziyyətə görə seçəcəyik. Öz qanunlarımdan biri də odur ki, insanların inanclarına hörmətlə yanaşım".
Həmçinin oxu: https://www.90plus.az/millinin-heyti-acqland/xeber/
© Copyright 2025, All Rights Reserved