Santuş: "Ümid edirəm sabah meydanda göstərəcəyik"

Azərbaycan millisi sabah Macarıstanla yoxlama görüşündə qarşılaşacaq
90plus.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş qarşıdakı oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Bizim üçün vacib oyundur. Bütün rəqibləri təhlil edirik və hər birinə hörmətlə yanaşırıq. Rəqibin oyun üslubunu bilirik. Çətin oyun olacaq. Buna baxmayaraq, futbolçularımız istəkli və motivasiyalıdırlar. Ümid edirəm sabah bunu meydanda göstərə biləcəklər.
Zədəlilərlə bağlı
- Yalnız Elvin Bədəlovdur.
Heyətdə dəyişikliklər
- Əlbəttə ki, oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq.
Macarıstanın üstün cəhətləri
- Macarıstan millisini yaxşı tanıyıram. Onlarla bir neçə dəfə qarşılaşmışam. Çox yaxşı təşkil olunmuş komandadır. Bizə də qələbə lazımdır. Sabah hər iki komandadan yaxşı oyun gözləyirəm.
Macarıstan millisi xatirələrdə
Çox yaxşı komandadır. Avro-2020-də ilk oyunumuz onlara qarşı olub. 80 dəqiqə oyun heç-heçə gedirdi. Macarıstan futbolu son dövrlərdə inkişafdadır. Keçmişi xatırlamaq istəmirəm. Öz komandamı hazırkı Macarıstan yığmasına qarşı hazırlamışam.
AFİŞA: Azərbaycan-Macarıstan (beynəlxalq yoldaşlıq oyunu)
10 İyun, Saat 20:00
Stadion: Liv Bonadea Arena.
© Copyright 2025, All Rights Reserved