Əsas millidən gənclər millisinə

Nəriman Axundzadə ilə Yusif İmanov U-21 millisinə dəvət olundu.
90plus.az xəbər verir ki, A millinin UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.
Qeyd: U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved