Savinyo “Man Siti”də qalıcıdır

“Mançester Siti” Savinyo ilə uzunmüddətli müqavilə bağlayır.
90plus.az xəbər verir ki, “Mançester Siti” gənc ulduzu Savinyo ilə yeni müqavilə imzalamağa hazırlaşır. Fabrizio Romanonun məlumatına görə, 21 yaşlı braziliyalı vingerlə anlaşmanın müddəti 2031-ci ilin iyun ayınadək nəzərdə tutulub.
Savinyo cari mövsümdə “Mançester Siti”nin əsas heyətində önəmli fiqura çevrilib. Onun oyun üslubu, partlayıcı sürəti və hücumda fəallığı Qvardiolanın komandasında xüsusi diqqət çəkir.
Yeni müqavilə ilə “şəhərlilər” Savinyonu uzun illər ərzində heyətdə saxlamağı planlaşdırır.
© Copyright 2025, All Rights Reserved