Sebalyos “Marsel”i istəyir

Dani Sebalyos “Olimpik Marsel”ə keçmək istəyir.
90plus.az xəbər verir ki, Dani Sebalyos karyerasını Fransada davam etdirmək niyyətindədir. 24 yaşlı ispan yarımmüdafiəçi “Olimpik Marsel”in layihəsinə inanır və 2026-cı il Dünya Çempionatından əvvəl müntəzəm olaraq meydana çıxmaq arzusundadır.
Sebalyosun transferi ilə bağlı fikir ayrılığı olsa da, futbolçu razılaşmanın baş tutmasını hələ də ümid edir. Hazırda keçid “Real Madrid”dən asılıdır.
🔗: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved