Sebalyos “Real”dan getmək istəyir
Dani Sebalyos mövsümün sonunda “Real Madrid”dən ayrılmaq istəyir.
90plus.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyos mövsümün sonunda komandadan ayrılmaq qərarına gəlib. İspaniyalı futbolçu yenidən “Real Betis”ə qayıtmaq istəyir.
Məlumata görə, futbolçu ayrılmaq istəsə də, “Real Madrid” onu pulsuz buraxmaq niyyətində deyil. Madrid klubu yarımmüdafiəçinin transferindən gəlir əldə etmək istəyir.
Qeyd: Dani Sebalyos 2023-cü ildə “Real Madrid”lə müqaviləsini yeniləyib və onun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Buna görə də “Real Betis” futbolçunu transfer etmək istəsə, Madrid klubuna transfer haqqı ödəməli olacaq.
Sebalyos daha əvvəl də “Real Betis”də çıxış edib və futbolçu karyerasını yenidən bu klubda davam etdirmək istəyir. Mövsümün sonunda tərəflər arasında danışıqların başlayacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved