"Şelburn"un baş məşqçisi: "Asan təslim olmayacağıq"

"Şelburn"un baş məşqçisi Konor O'Brayn iddialı danışdı.
90plus.az onun ölkə mətbuatına verdiyi açıqlamanı təqdim edir:
“Uzaq yol qət edib Bakıda futbol oynamaq əla hiss olacaq. Orada çıxış etmək çətindir. “Qarabağ” evdə çox güclüdür.
Öz meydanımızdakı məğlubiyyətə baxmayaraq, səfərdə asan təslim olmayacağıq. Mənim futbol fəlsəfəmdə belə bir şey yoxdur.
Plan hazırlayıb, hücum futbolu oynamalı və yenə sürpriz nəticə qazanmağa çalışmalıyıq. Bakıdakı mübarizə bizim üçün böyük oyun olacaq.
İkinci təsnifat mərhələsi, səfər matçı uşaqlıqdan xəyallarını qurduğum bir hadisədir. Ümid edirəm ki, oyunundan narazı qalan futbolçularımız gələn həftə əsl güclərini ortaya qoyacaqlar”.
© Copyright 2025, All Rights Reserved