Semenyo "şəhərlilər"də hamını qabaqladı
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu Antuan Semenyo ötən ayın ən yaxşı oyunçusu seçilib. Bu barədə liqanın mətbuat xidməti rəsmi açıqlama yayıb.
Qanalı vinger fevral ayında İngiltərə çempionatında keçirdiyi 5 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Siti” Antuan Semenyonu bu ilin yanvar ayında “Bornmut” klubundan 72 milyon avro qarşılığında transfer edib.
© Copyright 2026, All Rights Reserved