Sena çayı ziyana davam edir: 4 idmançı xəstələnib

Fransada Sena çayında üzgüçülük üzrə olimpiya yarışlarına qatılan 4 almaniyalı idmançıdan 3-nün səhhətində problemlər yaranıb.
90plus.az xəbər verir ki, Almaniya Olimpiya İdman Konfederasiyası bu məlumatı verib.
Qeyd olunub ki, Almaniyanın iki üzgüçüsü dünən ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator müalicə alıblar: “Bu səhər onlar daha yaxşıdır. Bənzər simptomları olan daha bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”.
Bundan əvvəl, isveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann, belçikalı atlet Kler Mişel Sena çayında çimdikdən sonra səhhətlərində problemlər yarandığını bəyan etmişdilər.
© Copyright 2025, All Rights Reserved