Seneqal azarkeşi həyatını itirdi
Seneqal azarkeşi millisinin Afrika Millətlər Kuboku oyununu izləməyə gələrkən yol qəzasında həyatını itirdi.
90plus.az xəbər verir ki, Seneqal–Sudan oyunu üçün stadiona yollanan seneqallı azarkeş şənbə günü yol qəzasında həyatını itirib.
Məlumata görə, mərhum Rabat–Kenitra avtomagistralında baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Seneqal Futbol Federasiyası (FSF) bazar günü axşam saatlarında, Seneqal yığmasının Sudan üzərində 3:1 hesablı qələbəsindən və 1/4 finala yüksəlməsindən sonra bu faciəni rəsmən təsdiqləyib.
FSF-in açıqlamasında deyilir:
“Seneqal Futbol Federasiyası Rabat–Kenitra yolunda baş verən yol qəzası nəticəsində Aida Faye Sambın vəfat etdiyini dərin kədərlə bildirir.”
Federasiya əlavə edib:
“Bu ağrılı məqamda FSF mərhumun ailəsinə, yaxınlarına və bütün Seneqal futbol ictimaiyyətinə səmimi başsağlığı verir.”
© Copyright 2026, All Rights Reserved