Seneqal millisi qərara etiraz etdi
Afrika futbolunda qalmaqal böyüməkdə davam edir.
90plus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının qərarından sonra Seneqal Futbol Federasiyası rəsmi şəkildə etiraz müraciəti edib.
Qərara əsasən, Afrika Millətlər Kubokunun finalında qələbə qazanan Seneqal millisinin çempionluğu ləğv olunaraq Mərakeş yığmasına verilib. Bu isə Seneqal tərəfində ciddi narazılığa səbəb olub.
Federasiya bu qərarı ədalətsiz hesab edərək məsələni beynəlxalq idman instansiyalarına daşımaq niyyətindədir.
Qeyd edək ki, qalmaqallı final qarşılaşmasında Seneqal komandasının müəyyən səbəbdən oyunun bir hissəsində meydanı tərk etməsi əsas gətirilərək texniki məğlubiyyət qərarı çıxarılıb və nəticə Mərakeşin xeyrinə dəyişdirilib.
Seneqal tərəfi isə bu qərarla razılaşmayaraq hüquqi mübarizəni davam etdirəcəyini açıqlayıb.
© Copyright 2026, All Rights Reserved