Seneqal Peru ilə oyunda AFCON kuboku nümayiş etdirəcək
Seneqal – Peru oyununda AFCON kuboku stadionda nümayiş olunacaq.
90plus.az xəbər verir ki, Seneqal və Peru milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun Fransada baş tutacağı rəsmən açıqlanıb. Qarşılaşma Parisdə yerləşən 80 min tamaşaçı tutumuna malik Stade de France stadionunda keçiriləcək.
Matça böyük maraq gözlənilir və tribunaların demək olar ki, tam dolacağı bildirilir. Oyuna təxminən 80 min azarkeşin gələcəyi gözlənilir. Bundan əlavə, Afrika Millətlər Kubokunun (AFCON) kuboku da stadionda nümayiş olunacaq.
Bəzi mənbələrə görə, Mərakeş tərəfi kubokun bu tədbirdə nümayiş olunmasına etiraz edib və məsələyə müdaxilə edə biləcəyi iddia olunur.
Peru millisinin baş məşqçisi Mano Menezes isə oyun öncəsi mətbuat konfransında Seneqal millisi haqqında yüksək fikirlər səsləndirib:
“Seneqal böyük komandadır və Afrika çempionu tituluna tam layiqdir. Meydanda nəticə hər şeydən vacibdir. Biz Afrika çempionuna qarşı oynayacağıq.”
Qeyd: Seneqal Afrika Millətlər Kubokunun son qalibidir. Amma CAF (Afrika Futbol Federadiyası) bu statusu onların əlindən alıb digər finalçı Mərakeşə verib.
© Copyright 2026, All Rights Reserved