Seneqalın matçında şüar: “CAF rüşvətxordur”
"Stade de France” stadionunda inanılmaz səhnələr – Seneqal futbolçularından və azarkeşlərindən CAF-a etiraz!
90plus.az xəbər verir ki, Fransada yerləşən “Stade de France” stadionunda Seneqal millisinin oyunu öncəsi çox diqqət çəkən səhnələr yaşanıb.
Seneqal millisinin kapitanı Kalidu Kulibali Afrika Millətlər Kubokunun kubokunu əlində yuxarı qaldıraraq komandanın önündə meydana çıxıb. Komanda yoldaşları və tribunaları dolduran minlərlə seneqallı azarkeş böyük bayram ab-havası yaradıb.
VİDEO: https://t.me/doxsanplus/115793
Lakin tribunlarda səslənən şüarlar xüsusilə diqqət çəkib. Seneqal azarkeşləri ucadan belə şüar səsləndiriblər:
“CAF korrupsiyalaşıb! CAF korrupsiyalaşıb! Biz bunu kabinetdə boş vərəqlə yox, meydanda qazandıq!”
Azarkeşlərin bu etirazı Afrika futbol qurumu CAF-a yönəlib. Seneqallılar Afrika Millətlər Kubokunun onlardan alınıb Mərakeşə verilməsi ilə bağlı qərarlardan narazı olduqlarını bu şəkildə nümayiş etdiriblər və kuboku təhvil vermək istəmədiklərini simvolik olaraq göstəriblər.
Qeyd: Seneqal millisi bu gün keçirilən yoldaşlıq oyununda Peru millisini 2:0 hesabı ilə məğlub edib. Oyun öncəsi keçirilən bu mərasim isə sosial şəbəkələrdə böyük rezonans doğurub. Seneqal azarkeşləri və futbolçular bu addımla Afrika Millətlər Kubokunu kimin həqiqətən qazandığını dünyaya bir daha xatırlatmaq istədiklərini göstəriblər.
© Copyright 2026, All Rights Reserved