Sent-Lüsiyanın çalışdırıcısı: “Bu qədər qol buraxmaq istəməzdim”
Sent Lüsiya millisinin baş məşqçisi Stern Con “FİFA Series 2026” çərçivəsində Azərbaycan yığmasına qarşı 1:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında çıxış edib.
90plus.az xəbər verir ki, o, matçın əvvəlində penalti ilə üzləşmələrini və rəqibin fiziki və taktiki üstünlüyünü vurğulayıb:
“Belə nəticə gözləmirdik. İlk dəqiqələrdə qapımıza penalti verildi. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik və bu cür səhvlər mütləq cəzasız qalmır”, – deyə baş məşqçi bildirib.
Con matçın komandası üçün əhəmiyyətli təcrübə olacağını da əlavə edib: “Nəticə məyusedicidir. Bura gəlməzdən əvvəl 4 uçuş keçirmişdik və iki yoldaşlıq oyunu planlaşdırılmışdı. Hər halda, komandamız təcrübə qazandı. Avropa komandası ilə oynamaq hər zaman çətindir. Bu matç bizi bir qədər məyus etdi, amma dəyərli dərs oldu”.
Baş məşqçi həmçinin Azərbaycan millisinin tarixindəki ən böyükhesablı qələbəni qeyd edib: “Azərbaycan yaxşı təşkilatlanmış komandadır və topa yaxşı nəzarət edirlər. Oyundan əvvəl ciddi hazırlaşmalı olduğumuzu bilirdik. Azərbaycan Avropa səviyyəli komandadır və Fransa, Ukrayna kimi rəqiblərlə mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdim”.
Sonda o, Azərbaycan yığmasının güclü fiziki cəhətini və oyunun gənc futbolçular üçün faydalı olduğunu vurğulayıb: “Rəqibin fiziki gücünü bilirdik. Oyun öncəsi təhlillər aparmışdıq. Məğlubiyyət nəticəsinə görə yox, buraxılan qollara görə məyusam. Gənc futbolçularımız üçün bu, böyük təcrübə oldu. Evə qayıtdıqdan sonra işimizi davam etdirəcəyik”.
© Copyright 2026, All Rights Reserved