Sergen Yalçın Emre Moru istəmədi

“Beşiktaş”da Emre Mor transferinə qadağa gəldi ⚫️⚪️
90plus.az xəbər verir ki, qış transfer pəncərəsi öncəsi heyətini gücləndirməyə çalışan “Beşiktaş”da “Fənərbağça”nın futbolçusu Emre Morun adı gündəmə gəlib.
28 yaşlı yarımmüdafiəçi qısa müddət əvvəl “Beşiktaş”a təklif olunub. Ötən mövsümü “Eyüpspor”da icarədə keçirən Emre Mor bu mövsüm “Fənərbağça"ya qayıtsa da, texniki heyətin qərarı ilə əsas komandadan ayrı məşq edir.
Lakin “Beşiktaş”ın baş məşqçisi Serjen Yalçın bu keçidə qarşı çıxıb. Türk mediasının məlumatına görə, Yalçın futbolçunun nizam-intizam və şəxsi həyat problemləri səbəbindən bu transferi istəmir. Baş məşqçi bu barədə belə deyib:
“Əgər futbolçu meydanda bacarığını göstərə bilirsə, şəxsi həyatı problem deyil. Amma Emre Mor bunu edə bilmir.”
Digər tərəfdən, Yalçın rəhbərlikdən müdafiəçi Çağlar Söyüncünün icarəyə götürülməsini istəyib. Təcrübəli çalışdırıcı bu transferin reallaşmasını real hesab edir.
Qeyd: Emre Mor ötən mövsüm “Eyüpspor”da 18 oyuna çıxaraq 1 qol və 4 asistlə yadda qalıb. Bu mövsüm isə “Fənərbağça”da hələ meydana çıxmayıb. Onun hazırda yaşadığı bəzi sağlamlıq problemləri səbəbindən məşqlərdə iştirak etmədiyi bildirilir.
© Copyright 2025, All Rights Reserved