“Serxio Buskets ağlağan idi”

Uesli Sneyder Serxio Busketsin meydandakı davranışını tənqid edib.
90plus.az xəbər verir ki, sabiq danimarkalı futbolçu Sneyder Busketsi eqoistlikdə günahlandırıb:
"Buskets həddindən artıq qıcıqlandırıcı futbolçudur. Başqalarına qarşı həmişə sərt oynasa da, özü buna dözə bilmirdi. İlk zərbədən sonra şikayətlənməyə başlayırdı. Hər matçda onunla mübahisə edirdik. Bir dəfə Serxioya dedim ki, futbolu bitirəndən sonra üz-üzə gəlsək, səninlə danışacağam.
2010-cu ildə “Barselona”ya evdə 3:1 hesabı ilə qalib gəldik. “Kamp Nou”dakı cavab oyununda Buskets Thiago Motta ilə epizoddan sonra yerdə diyirlənməyə başladı. Eyni zamanda, Mottanın qırmızı vərəqə alıb-almadığına gizlicə baxırdı. Sonra isə ayağa qalxdı və artıq hər şey qaydasında idi. Ağlağan".
Mənbə: Ziggo Sport
© Copyright 2025, All Rights Reserved