Serxio Ramos “Sevilya”ya sahib olmaq istəyir
Sabiq “Real Madrid” və İspaniya millisinin müdafiəçisi Serxio Ramos “Sevilya” klubunda pay sahibi olmaq niyyətindədir. Klubun uzun müddətdir müzakirə olunan satışı hazırda qeyri-müəyyən vəziyyətdədir.
90plus.az xəbər verir ki, Ramos Meksikadan qayıtdıqdan sonra ilkin əlaqələr quraraq klubun sahibi strukturuna daxil olmaq imkanını araşdırıb. Rəsmi razılaşma olmasa da, onun marağı ciddi sayılır.
Satış prosesində ABŞ investoru qrupunun təklifi maliyyə göstəricilərini ödəmədiyi üçün dayanıb Ramos üçün isə bu, “Sevilya”ya strateji məqamda daxil olmaq fürsəti ola bilər.
© Copyright 2026, All Rights Reserved