Serxio Ramosa “Man Yunayted” təklif yollayıb
39 yaşlı Serxio Ramos Avropa futbolunda hələ də ən çox axtarılan müdafiəçilərdən biridir. Təcrübəli oyunçu karyerasını bitirmək fikrində deyil və növbəti addımını diqqətlə qiymətləndirir.
90plus.az xəbər verir ki, qitənin ən tanınmış klublarından biri – “Mançester Yunayted” – Ramosa mövsümün sonunadək müqavilə təklif edib. Onun müdafiə xəttinə təcrübə və sabitlik qatacağı gözlənilir.
ℹ️ Ramos ötən mövsümü “Monterrey”də keçirib: 17 oyun, 2 qol. Klubla müqaviləsi başa çatdıqdan sonra tərəflər yollarını ayırıb.
© Copyright 2025, All Rights Reserved