Sesk Fabreqas Niko Pası öydü
Sesk Fabreqas: “Niko Pas əsl çempiondur”.
90plus.az xəbər verir ki, “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas gənc futbolçusu Niko Pas haqqında yüksək fikirlər səsləndirib.
Fabreqas “DAZN”a açıqlamasında bildirib:
“O, əsl çempiondur. Onun gələcəyi barədə tam arxayınam. Bu aclıq və təvazökarlıqla davam etsə, istədiyi zirvəyə çata bilər. İstedad və fiziki keyfiyyətlər onda var.”
Qeyd: Niko Pas A Seriyasının son turunda “Komo”nun “Yuventus” üzərində qazandığı 2:0 hesablı qələbədə bir qol və bir məhsuldar ötürmə ilə fərqlənib.
Nikonun qolu və assisti:
https://t.me/doxsanplus/109318
© Copyright 2025, All Rights Reserved