Şeşko “Man Yunayted”i seçdi

“Mançester Yunayted” Benjamin Şeşko transferində son düzəlişləri edir – rəsmi açıqlama yaxınlaşır!
90plus.az xəbər verir ki, “Mançester Yunayted” Sloveniya millisinin hücumçusu Benjamin Şeşko ilə rəsmi müqavilə imzalamağa çox yaxındır. Tanınmış insayder jurnalist Fabrisio Romano bildirir ki, İngiltərə təmsilçisi artıq “Leypsiq”lə birbaşa danışıqların növbəti mərhələsinə keçib.
Tərəflər transfer məbləğinin strukturlaşdırılması və əlavə bonuslar üzərində son detallar üzərində işləyir. Şeşko artıq “Mançester Yunayted”lə bütün şəxsi şərtlərdə razılıq əldə edib və 5 illik müqavilə imzalanması planlaşdırılır.
22 yaşlı forvard hazırda “Leypsiq”in əsas komanda məşqlərindən kənarda saxlanılır və razılaşma yekunlaşan kimi yeni klubuna qoşulmağa hazırdır.
“Qırmızı şeytanlar” transferi mümkün qədər tez yekunlaşdırmağa çalışır. Şeşkonun qərarı isə artıq verilib – o, karyerasını “Old Trafford”da davam etdirmək istəyir.
Transferin yaxın günlərdə rəsmi olaraq açıqlanacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved