“Sevilya” evdə “Real Oviedo”nu darmadağın etdi
La Liqanın 16-cı turunda “Sevilya” evdə “Real Oviedo”nu 4-0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Ramon Sançes Pizxuan Stadionunda keçirilən qarşılaşmada hesab 4-cü dəqiqədə Adams ilə açılıb. 22-ci dəqiqədə Sou fərqi artırıb, 51-ci dəqiqədə isə Mendi vuraraq komandası üçün fərqlənib. 89-cu dəqiqədə Ejuke qələbəni rəsmiləşdirən qol vurub.
Bu nəticə ilə “Sevilya” xalını 20-yə çatdırıb, “Real Oviedo” isə 10 xalda qalıb.
© Copyright 2025, All Rights Reserved