"Sevilya" "Barselona"ya ağır zərbə endirdi!

La Liqanın 8-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Sevilya" doğma meydanda "Barselona"nı 4:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, bu nəticə ilə "Barselona" cari mövsümdə ilk dəfə məğlubiyyət acısı yaşayıb və liderliyi əldən verib. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan oyunda "Sevilya"nın qollarını 13-cü dəqiqədə penaltidən Aleksis Sançes, 36-cı dəqiqədə İsak Romero, 90-cı dəqiqədə Xose Anxel Karmona və 90+6-cı dəqiqədə Akor Adams vurub.
"Barselona"nın təsəlli qoluna isə 45+7-ci dəqiqədə Markus Reşford imza atıb. "Sevilya"nın heyətində "Trabzonspor"dan icarəyə götürülən Batista Mendi 73 dəqiqə meydanda olub. Komandanın digər üzvü, "Qalatasaray"ın sabiq müdafiəçisi Markao isə görüşü tam oynayıb.
Bu qələbə sayəsində "Sevilya" xallarını 13-ə yüksəldib. 19 xalda qalan "Barselona" isə 21 xalı olan "Real Madrid"ə liderliyi təhvil verib.
Sevilya 4-1 Barselona
Sançez 13'
Romero 37'
Reşford 45+7'
Carmona 90'
Adams 90+6'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/108773
https://t.me/doxsanplus/108775
https://t.me/doxsanplus/108782
https://t.me/doxsanplus/108783
Növbəti turda "Sevilya" öz meydanında "Mayorka"nı qəbul edəcək. "Barselona" isə evdə "Jirona" ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved