Basketbol: Şey Gilgeous-Aleksander MVP seçildi

Amerikan Basketbol Liqası (NBA) tərəfindən edilən açıqlamaya görə, "Oklahama Siti Tander" komandasının kanadalı oyun qurucusu Şey Gilgeous-Aleksander 2024-2025 mövsümünün ən dəyərli oyunçusu (MVP) seçilib.
90plus.az xəbər verir ki, bu, Gilgeous-Aleksander-in karyerasında ilk MVP mükafatıdır və o, Nikola Yokiç və Cianis Antetokunmponu geridə qoyaraq bu mükafata layiq görülüb.
Bu mövsüm 100 nəfərdən ibarət beynəlxalq media paneli NBA MVP mükafatının sahibini seçərkən, Gilgeous-Aleksander 913 xal topladı. Yokiç 787, Antetokunmpo isə 470 xalda qaldı.
"Tander"ın ulduz oyunçusu əvvəlcə iki dəfə MVP mükafatı qazanan Stiv Neşlə (2004-2005 və 2005-2006) birgə bu mükafatı qazanan ikinci kanadalı oyunçu oldu.
Gilgeous-Aleksander "Oklahama Siti Tander" ilə MVP mükafatı qazanan üçüncü oyunçu olub və Kevin Durant (2013-2014) və Rassel Vestbruk (2016-2017) ilə bu şərəfli sıralamaya daxil oldu.
"Oklahama Siti Tander"ın ulduz oyun qurucusu 2024-2025 normal mövsümündə 76 oyunda 34,2 dəqiqə oynayaraq 32,7 xal, 5 ribaund, 6,4 asist, 1,72 top oğurlama, 1,01 blok ortalamaları ilə mövsümü tamamladı. Bu göstəricilər onun karyera rekordlarıdır.
© Copyright 2025, All Rights Reserved