“Səfər qələbəmiz özünəinam verib” Siyasət Əsgərov

Qadın futbol millimizin çalışdırıcısı Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində Monteneqroya qarşı sabahkı səfər oyunu ilə bağlı fikirlərini deyib.
90plus.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına qələbə əzmində olduqlarını söyləyib:
“Sabah çox önəmli oyuna çıxacağıq. Üç gün əvvəl Litva yığması üzərində qazandığımız səfər qələbəsi komadamıza özünəinam verdi. Bu da qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq baxımından vacib idi. Vaxt az olduğu üçün tez bir zamanda Litva ilə matçı unudub, Monteneqro ilə qarşılaşmaya köklənməli idik. Sabahkı görüşdən sonra qrupda hansı mövqeyi tutacağımız müəyyənləşə bilər.
Bura qələbə istəyi ilə gəlmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Düşünürəm ki, minimum səhv edən tərəf istəyinə çatacaq. Nəzərə alaq ki, bu “pəncərə”də biz ikinci oyunumuza çıxacağıq və hər ikisi səfər qarşılaşmasıdır. Monteneqro isə bir matçla kifayətlənəcək. Yorğunluq olsa da, buradan istədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd: Montenqro - Azərbaycan matçı sabah - aprelin 8-də saat 20:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved