Şəhriyar Məmmədyarov finalda bu şahmatçıya uduzdu
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının final mərhələsinin cavab görüşləri keçirilib. Cavab oyunlarında rəmzi ilk gedişi Gənclər və İdman Naziri Fərid Qayıbov edib.
Finalda Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı üz-üzə gəlib. Ağ fiqurlarla çıxış edən Muradlı gərgin görüşdə qalib gəlib və iki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabı ilə Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov isə ardıcıl ikinci il finalda uduzaraq gümüş medal ilə kifayətlənib.
© Copyright 2026, All Rights Reserved