Simeone: "Bizim üçün "Real" "Valensiya" fərqi yoxdur"

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"lə qarşılaşmaları barədə fikirlərini açıqlayıb.
90plus.az xəbər verir ki, Simeone qısa və konkret danışıb:
"Pley-off barədə yalnız bir suala cavab verə bilərəm, çünki şənbə günü La Liqada "Valensiya" ilə görüşəcəyik və bütün diqqətimizi həmin oyuna yönəltmişik.
Keçmiş və gələcək barədə düşünmürəm. 2 böyük qarşılaşma olacaq. Biz hər iki oyuna da hazır olacağıq."
Xatırlatma: İspaniyanın nəhəng klubları arasındakı ilk oyun martın 4-də, cavab matçı isə 8 gün sonra keçiriləcək.
© Copyright 2025, All Rights Reserved