Simeone "İnter"ə gedəsi olmadı - AÇIQLAMA
"İnter"in prezidenti Cüzeppe Marotta "Atletiko"nun baş məşqçisi Dieqo Simeone ilə razılığa gəldikləri barədə iddiaları rədd edib.
90plus.az xəbər verir ki, funksioner yayılan xəbərləri tamamilə əsassız sayıb:
"Bunlar yalan məlumatlardır. Baş məşçimiz Kristian Kivudan çox razıyıq və onunla yola davam edəcəyik."
Əvvəllər Simeonenin yeni mövsümdən "İnter"in sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
© Copyright 2026, All Rights Reserved