Simeone Turin klubuna keçir

Covanni Simeone “Torino”ya keçidə bir addım daha yaxınlaşdı.
90plus.az xəbər verir ki, “Tuttosport”un yaydığı məlumata əsasən, “Torino” klubu “Napoli” ilə Covanni Simeonenin transferi üçün ilkin razılıq əldə edib. Müqavilənin məbləği təxminən 6–7 milyon avro civarındadır. Qeyd olunur ki, əvvəllər “Napoli” hücumçu üçün 8 milyon avro və əlavə bonuslar tələb edirdi.
Tərəflər arasında bəzi detallar hələ də razılaşdırılmayıb. Bu səbəbdən yaxın günlərdə klub rəsmiləri arasında yeni danışıqların aparılması gözlənilir.
Qeyd: "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan Covanni Simeone ötən mövsüm A Seriyasında 30 matçda meydana çıxıb. O, orta hesabla hər görüşdə 13 dəqiqə oynayıb və yalnız 1 dəfə fərqlənə bilib.
© Copyright 2025, All Rights Reserved