Sitat: “İrqçilikdən şikayət edirlər, amma sarışın qadınlarla görüşürlər”
Cessika Tuqanın qaradərili futbolçular haqda qalmaqallı sözləri böyük rezonans doğurdu.
90plus.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fikirləri ilə tanınan Cessika Tuqa bu dəfə qaradərili futbolçular haqqında səsləndirdiyi açıqlamalarla ciddi narazılıq yaradıb.
Tuqa paylaşımında bildirib:
“Bu qaradərili futbolçular məruz qaldıqlarını iddia etdikləri irqçilikdən çox şikayət edirlər, amma həmişə ağdərili və sarışın qadınlarla görüşür və münasibətlərini açıq şəkildə yaşayırlar.
Onlar heç vaxt qaradərili qadınla görüşmür və ya açıq münasibət yaşamırlar. Bunun səbəbi nədir?
Cavab açıqdır və asanlıqla görünür. Buna görə də mənə bu insanlardan əxlaqi dərs verməyin!”
Sözügedən fikirlər qısa zamanda sosial mediada geniş yayılıb və kəskin tənqidlərə səbəb olub. Bir çox istifadəçi Tuqanın açıqlamalarını irqçi və ayrı-seçkilik xarakterli hesab edərək qınayıb. Digər qrup isə onun sözlərini “şəxsi fikir” kimi qiymətləndirib.
Hazırda məsələ ilə bağlı hər hansı rəsmi qurum və ya futbol ictimaiyyəti nümayəndələrinin açıqlaması yayılmayıb. Bununla belə, mövzu ətrafında müzakirələr davam edir və qalmaqalın daha da böyüyəcəyi istisna edilmir.
© Copyright 2026, All Rights Reserved