"Şkendiya" necə bir rəqibdir? ARAŞDIRMA

Heç vaxt qalib gəlmədiyimiz Şkendiyaya qarşı oynayacağıq.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin başa çatması ilə “Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi. FCSB – “Şkendiya” cütünün qalibi olan Şimali Makedoniya təmsilçisi növbəti mərhələdə Ağdam klubuna rəqib olacaq.
FCSB-nin prezidenti Gigi Becalinin “Qarabağ” haqda təkəbbürlü açıqlamalarından sonra Rumıniya klubunun elə ikinci mərhələdə mübarizəni dayandırması futbol ictimaiyyətində diqqətlə qarşılandı. Bu nəticə həm də futbolsevərlərin nisbətən daha uyğun rəqib saydığı “Şkendiya”nın seçilməsi baxımından rəğbətlə qarşılandı.
Lakin statistika göstərir ki, “Şkendiya” Azərbaycan klubları üçün heç də uğurlu rəqib olmayıb. Belə ki, indiyədək bu komandaya qarşı keçirdiyimiz üç görüşün heç birində qələbə qazana bilməmişik, mərhələ adlamaq isə ümumiyyətlə mümkün olmayıb.
İlk dəfə 2016/17 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşan “Şkendiya” iki oyunun nəticəsinə görə mərhələni adlayan tərəf olub – 1:0 və 0:0.
İkinci dəfə isə 2020/21 mövsümündə bu dəfə “Sumqayıt” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşıb. Pandemiya səbəbindən yalnız bir oyundan ibarət olan görüşdə makedoniyalılar 2:0 hesabı ilə qalib gəlib.
İndi isə “Qarabağ” bu neqativ seriyaya son qoymaq üçün “Şkendiya” ilə qarşılaşacaq. Komandamızın tarixi dəyişmək və bu rəqibə qarşı ilk qələbəsini qazanmaq üçün əlində real fürsət var.
© Copyright 2025, All Rights Reserved