Skot MakTominey daha 4 il "Napoli"də
Skott MakTominey daha 4 il müddətinə "Napoli"də oynaya bilər.
90plus.az xəbər verir ki, Neapol klubu şotlandiyalı yarımmüdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzatmaq niyyətindədir.
Əgər tərəflər razılığa gələ bilsələr, MakTominey komandada ən yüksək maaş alan futbolçu olacaq.
Futbolçu 2024-cü ildə "Napoli"yə "Mançester Yunayted"dən transfer olunub.
© Copyright 2026, All Rights Reserved