"Şkendiya"nın baş məşqçisi: "Qarabağ"a hörmət edirik"

Şimali Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Rumıniyanın FKSB komandası üzərində qazandıqları qələbədən (2:1, ilk oyun – 0:1) sonra növbəti mərhələdə qarşılaşacaqları "Qarabağ" barədə də fikirlərini bildirib.
90plus.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlamasında Beqiri Ağdam təmsilçisinə qarşı keçiriləcək matçla bağlı komandasının şanslarını belə dəyərləndirib:
"Biz növbəti rəqibimiz olan 'Qarabağ'a böyük hörmətlə yanaşmalıyıq. Bu komanda da FKSB kimi güclü və təşkilatlanmışdır. Mənim və futbolçularımın əsas məqsədi formanı ləyaqətlə təmsil etmək, sona qədər mübarizə aparmaq və nəticəni meydanda görməkdir."
Qeyd: "Şkendiya" – "Qarabağ" oyunu avqustun 5-də Skopye şəhərində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved